Modern.az

İŞİD Tacikistanda silsilə terror aktları planlaşdırıb

İŞİD Tacikistanda silsilə terror aktları planlaşdırıb

Təhsil

24 İyul 2015, 14:39



Tacikistanın hüquq-mühafizə orqanları İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Ramazan ayı boyunca ölkədə silsilə terror aktları törətmək cəhdinin qarşısını alıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatı Tacikistanın Xarici İşlər Nazirliyində də təsdiqləyiblər: “Tacikistan Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə idarəsinin əməkdaşları silsilə terror aktlarının hazırlanmasında şübhəli bilinən, 25 yaşlı, Düşənbədə yaşayan Kulyab şəhər sakini Bobodjon Radjabalini saxlayıblar”.

Məlumatda qeyd edilir ki, Rdajabali “Odnoklassniki” sosial şəbəkəsində hazırda İŞİD sıralarında Suriyada döyüşən Tacikistan vətəndaşı ilə tanış olub. İstintaq müəyyənləşdirib ki, Radjabali həmin şəxslə əlaqə zamanı onun əmrlərini yerinə yetirəcəyinə söz verib. Saxlanılan sorğu-sual zamanı etiraf edib ki, Ramazan ayının son dövründə 10-dan çox milis bölməsini partlatmaq niyyətində olub. Onun sözlərinə görə, bir gün Kulyabda 3, Düşənbədə 3, Fayzabadda 3 və Qarmedə 3 milis bölməsi partladacaqmış.

Daxili İşlər Nazirliyi Radjabaliyə yardımçı olan 39 yaşlı Sadriddin Racabovu da yaxalayıb. Onun İŞİD-in sıralarında döyüşmək üçün Suriyaya getməyə hazırlaşdığı məlum olub. Məlumatda qeyd edilir ki, cinayətkarlar ölkənin 4 regionunda güc strukturlarının və əhalinin kütləvi toplaşdığı yerlərdə bir neçə partlayış törətməyi planlaşdırıblar. Digər məlumatda qeyd edilir ki, hüquq-mühafizə orqanları hazırda daha 3 ehtimal edilən terrorçunun izinə düşüblər.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama