Türkiyənin 13 rayonunda İŞİD və PKK terror təşkilatlarına qarşı əməliyyatlar keçirilib.
Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat zamanı 251 nəfər saxlanılıb.
Türkiyənin 7 min polisi tərəfindən 140 ünvanda yoxlama aparılıb. Nəticədə 215 nəfər tutulub. Yalnız İstanbulda xarici vətəndaş olan 98 nəfər həbs edilib.
Eyni zamanda Bağçılar səmtində bir çox şübhəli şəxsi tutmaq üçün keçirilən əməliyyat zamanı atışmada İŞİD-ın üzvü və şərti adı G.Ö olan şəxs ölü ələ keçirilib.
Aparılan yoxlama zamanı onun yaşadığı ünvanda hazır partlayıcı qurğular və terror aktlarının törədilməsi üçün müəyyən edilən yerlərin planları tapılıb.
Sevinc YASİNQIZI