Modern.az

Fransız dili müəllimlərinin konfransı keçirilib

Fransız dili müəllimlərinin konfransı keçirilib

Təhsil

24 İyul 2015, 17:43



Bu günlərdə Lənkəranda Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə,  “fransız dilini öyrənək” devizi altında Xarici Dillər Universitetinin və respublikamızın digər regionlarından olan fransız dili müəllimlərin beş günlük seminar-konfransı  keçirilib.
Görüşdə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli çıxış edib, Fransa-Azərbaycan dosluqundan danışıb, respublikanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun sədri Mehriban Əliyevanın bu sahədə apardığı geniş miqyaslı  işləri  tədbir iştirakçılarının diqqətinə çatdır;b. O, qeyd edib ki, Azərbaycan-Fransa parlamentlərarası dostluq qurupunun rəhbəri Mehriban Əliyevanın məqsədyönlü işlərinin nəticəsidir ki, bu gün Azərbaycan-Fransa dosluq əlaqələri günü-gündən genişlənir və qırılmaz tellərlə inkişaf edir.

“Ölkəmizdə fransız dilinin öyrənilməsi, fransız dilli ixtisaslaşdırılmış məktəblərinin  açılması və fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılıb. Azərbaycn həqiqətlərinin dünyaya çatdırılmasında fransız dilinin böyük əhəmiyyəti var. Dünyada gedən siyasi mübarizə bizə qarşı yalançı, böhtan  prosseslərində də bu dildən geniş istifadə olunur”.

Deputat bildirib ki, respublikamızda keçirilən ilk Avropa Oyunları Azərbaycanın bir daha dünyaya inteqrasiya olunmasının göstəricisindən xəbər verir. Seminar iştirakçıları olan müəllimlər üçün sərbəst diskussiya şəraiti də yaradılıb. Söhbətlər səmimi dialoq və konsensus şəraitində çay süfrəsi ətrafında da davam etdirilib.

Görüş iştirakçıları sonda bu sahədə  görülən ardıcıl işlərə, keçirilən tədbirlərə görə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildiriblər.



Modern.az  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama