Modern.az

Bill Klinton: “Hillari ərə gedəndə siyasətlə məşğul olmaq istəmirdi”

Bill Klinton: “Hillari ərə gedəndə siyasətlə məşğul olmaq istəmirdi”

Təhsil

24 İyul 2015, 22:45


ABŞ-ın keçmiş prezidenti Bill Klinton etiraf edib ki, onun 2016-cı ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizəd olacaq xanımı Hillari ona ərə gələndə siyasətlə məşğul olmaq istəməyib: “Mən ondan üç dəfə soruşdum ki, mənimlə evlənərsənmi? O, “bəli” cavabı vermişdi”.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Klinton o vaxt dəqiqləşdirib ki, Hillarini o zamankı nəslin ən istedadlı siyasətçisi hesab edib. Keçmiş prezidentin sözlərinə görə, Hillari onunla evlənəndə deyib ki, ona siyasətlə məşğul olması üçün Çikaqoya, yaxud Nyu-Yorkda getməsi lazımdır. O zaman keçmiş birinci ledi belə cavab verib: “Ay Allah... mən heç vaxt vəzifəyə iddialı olmayacağam. Mən çox kəskinəm, heç kim heç vaxt mənə səs verməyəcək”.

Hillari Klinton 2016-cı ildə keçiriləcək seçkilərdə prezidentliyə əsas namizədlərdən biri hesab olunur. Onun əri Bill Klinton 1992-ci ildən 2000-ci ilə qədər ABŞ prezidenti olub.

Modern.az        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama