Modern.az

Dünyada istirahət üçün ən bahalı ölkələr – SİYAHI

Dünyada istirahət üçün ən bahalı ölkələr – SİYAHI

Təhsil

24 İyul 2015, 23:50

 

Britaniyanın milli statistik məlumatlar institutu Office for National Statistics (ONS) bu mövsümün ən bahalı turist istiqamətlərinin reytinqini hazırlayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ekspertlər turistlərin bir gününün məzuniyyətə getdikləri populyar ölkələrdə neçəyə başa gəldiyini hesablayıblar. Onlar belə nəticəyə gəliblər ki, 2015-ci ilin yayında istirahət üçün ən bahalı ölkə Karib dənizi sahilindəki Barbados olub. Turistlər burada bir sutkaya 168 dollar xərcləyirlər.

İkinci yerdə 156 dollarla Birləşmiş Ərəb Əmirlikləri gəlir. Üçüncü sıranı Çexiya və Avstriya bölüşür. Bu ölkələrdə səyahətçilərə bir sutkalıq istirahət 142 dollara başa gəlir. Ardınca 140 dollarla İsveçrə və Belçikadır (136 dollar).

Turistlər ABŞ və Lüksemburqda bir gündə 134 dollar xərcləyirlər. Reytinqdə doqquzuncu yer Niderlanda (125 dollar) məxsusdur. Onluqda 120 dollarla Honkonq da var.

Modern.az


Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama