Modern.az

Cəbhənin Gədəbəy istiqamətində nə baş verir? - Rəsmi xəbər olacaq...

Cəbhənin Gədəbəy istiqamətində nə baş verir? - Rəsmi xəbər olacaq...

Təhsil

25 İyul 2015, 10:52

Bəzi informasiya saytları Azərbaycan və Ermənistan qoşunlarının Gədəbəy rayonu ərazisindəki təmas xəttində döyüşlərin getdiyi barədə xəbərlər yayıb.
Musavat.com-un verdiyi məlumata görə, Ermənistan ordusunun hücumunu dəf edən Azərbaycan Ordusunun hissələri irəliləyiblər və təmas xəttindəki yüksəkliklərdən birini ələ keçiriblər. Düşmən tərəfdən ölən və yaralananlar var. Azərbaycan Ordusunun da bir şəhid verdiyi bildirilir. Amma bu məlumat rəsmən təsdiqlənməyib. 

Haqqin.az saytının məlumatına görə, Müdafiə Nazirliyindəki mənbələr cəbhə xəttinin bu istiqamətində sərt döyüşlərin getdiyi barədə xəbərləri təsdiqləyiblər.

Modern.az saytı xəbər verir ki, hazırda Gədəbəy ərazisində olan bu rayonun sabiq deputatı Nazim Məmmədov cəbhə xəttində aara-sıra atışmanın baş verdiyini bilsirsə də, gərgin döyüşlər haqda yaılan informasiyanı təkzib edib. N.Məmmədov bildirib ki, yerli mənbəllrdən əldə etdiyi məlumata görə, dünən erməni hərbçilərinin minaatandan atdığı mərmi Azərbaycan Ordusunun səngərinə düşüb və bir hərbi qulluçumuz (MAXE) şəhid olub, cavab atəşi ilə düşmən susdurulub.

"Bəzi saytların yazdığına görə, guya, hərbi vertolyotlar uçurmuş, toplardan atəş açılırmış... Mən Şınıxda bunları eşitməmişəm, camaat da əkin-biçinlə məşğuldur. Yalnlz iriçaplı pulemyotlardan açılan atəş səsləri eşidilir"-deyə N.Məmmədov bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, gün ərzində cəbhədəki vəziyyətlə əlaqədar rəsmi açıqlama veriləcək.


Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama