Bu gün Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında keçiriləcək 2018-ci il dünya çempionatının ilkin mərhələsinin püşkatma mərasimində AFFA rəsmiləri də iştirak edəcək.
Modern.az-ın məlumatına görə, tədbirə AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov qatılacaq.
Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Milli komandanın baş məşqçisi Robert Prosineçki səhhəti ilə əlaqədar mərasimə yollanmayıb.
Qeyd edək ki, Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında keçiriləcək 2018-ci il dünya çempionatının ilkin mərhələsinin püşkatma mərasiminə Rusiya prezidenti Vladimir Putin də qatılacaq.
Sevinc YASİNQIZI