Bakıda 12 yaşlı uşaq öz evlərindən külli miqdarda pul oğurlayıb. DİN-in yaydığı məlumata görə, hadisə iyulun 17-də törədilib.
Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də Gündüz Abbasovun yaşadığı evdən 17500 manat oğurlamış 12 yaşlı oğlu Ziya saxlanıllb və izahatı alındıqdan sonra buraxılıb.
Modern.az