Modern.az

“Azərkosmos” 27 milyon dollar qazanıb

“Azərkosmos” 27 milyon dollar qazanıb

Təhsil

25 İyul 2015, 14:08



“Azerspace-1 peyki kommersiya fəaliyyətinə başlayandan indiyədək peyk tutumlarından istifadəyə görə “Azərkosmos” ASC-yə təxminən 27 milyon ABŞ dolları həcmində vəsait daxil olub”. Bu sözləri Modern.az-a açıqlamasında “Azərkosmos”un mətbuat xidmətinin rəhbəri Fidan Behbudova deyib. O qeyd edib ki, ASC-nin  növbəti illərdə bu satış həcmi artırılacaq ki, bu da  gəlirlərin illik həcminin artmasına gətirəcək.

“Kommersiya fəaliyyətinə başladıqdan etibarən bugünədək hazırda Azerspace-1 peykinin resurslarının 66%-i kommersiya yönümlü istifadədədir. Həmçinin, dünya peyk xidmətləri bazarına daxil olduğu ilk illərdə potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması məqsədilə Azerspace-1 peykinin satışları rəqabətli qiymətlərlə həyata keçirilir. Azerspace-1 bu istiqamətdə uğurla irəliləyir”.

2014-cü ildən Azərspace-1 vasitəsilə ilə Azərbaycanın bütün  televiziya və radio kanallarının  keyfiyyətli yayıma başlandığını deyən F.Behbudova qeyd edib ki, peykin göstərdiyi  teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 25 ölkədən - Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Ukrayna, Əfqanıstan, Böyük Britaniya, Almaniya, Avstriya, Mərkəzi Afrika Respublikası, Cənubi Afrika Respublikası, Sudan, Cənubi Sudan, Nigeriya, Somali, Mali, Kenya, Efiopiya, Konqo, Konqo Demokratik Respublikası, Livan, Misir, BƏƏ, Yunanıstan, Qırğızıstandan olan müştəri bazasının yaradılması irəliyə atılan uğurlu addımlardan hesab edilir.

“Hazırda, Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 119 televiziya kanalı yayımlanır ki, bunun da 105-i əcnəbi, 14-ü yerli  kanal, eləcə də, 20 radio  kanalı təşkil edir. Qeyd edək ki, peykimizin resurslarından istifadə üçün yeni müraciətlər də  var. Hazırda EuroAz, Doktor TV, A Sinema TV, Star Shopping TV, Sineklasik TV, Zahra TV, Kanal Z Azerspace-1 peykinə yeni qoşulmuş kanallar sırasındadır. Artıq Azerspace-1 peyki regionda kifayət qədər tanınıb ki, 2014-cü ildə bir çox baxımlı Türkiyə kanallarının Azerspace-1 peykinə keçidi, 2015-ci ilin iyunun 7-də Türkiyədə keçirilən Böyük Millət Məclisinə millət vəkili seçkiləri  Azerspace-1 peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb”.

F.Behbudovanın sözlərinə görə, “Azərkosmos” ASC 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırıb.

“Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək. Azerspace-2  regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün  yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU