Modern.az

PKK Türkiyə ilə atəşkəsə son verdi

PKK Türkiyə ilə atəşkəsə son verdi

Təhsil

25 İyul 2015, 15:03


Kürdüstan İşçi Partiyası (PKK) rəsmi bəyanat yayaraq, Türkiyə dövləti ilə atəşkəs rejimindən çıxdığını bildirib.
Modern.az saytı xəbər verir ki, atəşkəsin pozulmasına səbəb Türkiyə hərbi hava qüvvələrinin Suriyanın şimalında PKK mövqelərinə hava zərbələri endirməsi olub. 

“Türk ordusunun intensiv aviazərbələrindən sonra atəşkəsin önəmi qalmayıb”-deyə PKK-nın bənayatında deyilir.

Ötən gecə Türkiyə təyyarələri Şimali İraqın Zap, Metina, Qara, Avaşin, Sinat, Haftanin və Kandil rayonlarındakı PKK mövqelərinə zərbələr endirib. Bundan başqa, əməliyyata xüsusi təyinatlılar qurudan dəstək olublar.

1984-cü ildən Türkiyənin cənub-şərqində kürd dövləti yaratmaq üçün silahlı mübarizə apan Kürd Fəhlə Partiyası (PKK) 2013-cü ildə atəşkəs elan etmişdi. ABŞ Dövlət Departamenti və Avropa Birliyi daxil olmaqla əksər beynəlxalq qurumlar PKK-nı terror təşkilatı kimi tanıyır.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama