Modern.az

"Dünya çempionatı-2018"in püşkü atıldı - Azərbaycanın rəqibləri məlum oldu - QRUPLAR

"Dünya çempionatı-2018"in püşkü atıldı - Azərbaycanın rəqibləri məlum oldu - QRUPLAR

Təhsil

25 İyul 2015, 23:07


İyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib

Modern.az saytı xəbər verir ki, püşkatmada iştirak edən 52 Avropa yığması 9 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən, DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq uğrunda Azərbaycan milli komandası C qrupunda mübarizə aparacaq. Bu qrupda Azərbaycanın rəqibləri Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino olacaq.

Mundiala ev sahibliyi edəcək Rusiyadan əlavə Avropa zonasından daha 13 yığma dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Doqquz qrupun qalibləri birbaşa mundialın final mərhələsinə yüksələcəyi təqdirdə, ikincilər "pley-off"da qüvvələrini sınayacaq. Ən pis göstəriciyə malik qrup ikincisi isə mundialda oynamaq hüququnu itirəcək.  

Avropa zonasında qrupların tərkibi:

A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq 

B qrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra 

C qrupu: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San-Marino  

D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan  

E qrupu: Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan   

F qrupu: İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta  

G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn  

H qrupu: Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr 

I qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama