Çindən olan kişi özünü təyyarənin salonunda yandırmağa cəhd edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qısa müddətli çəkişmədən sonra onu sərnişinlər və bort baxıcıları saxlaya biliblər.
İnsident iyulun 26-da səhər saatlarında Shenzhen Airlines şirkətinin təyyarəsində qeydə alınıb. Təyyarə Tayçjoudan Quançjouya uçurmuş.
Pilot gözlənilməz situasiya barədə ilkin məlumat verdikdən sonra qəza enişi yerinə yetirib. Təyyarədki 95 sərnişin və 9 ekipaj üzvü qəza çıxışından evaukuasiya ediliblər. Hadisə zamanı iki nəfər kiçik xəsarət alıblar.
Modern.az