Modern.az

Sabahın hava PROQNOZU - 40 dərəcə

Sabahın hava PROQNOZU - 40 dərəcə

26 İyul 2015, 16:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah-iyulun 27-də sBakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 31-36° isti olacağı gözlənilir.

Dəniz uyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında gün ərzində hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Dağlarda gecə 12-17° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama