Modern.az

II və III qruplar üzrə qəbul imtahanlarındakı testlərin düzgün cavabları AÇIQLANIB

II və III qruplar üzrə qəbul imtahanlarındakı testlərin düzgün cavabları AÇIQLANIB

26 İyul 2015, 16:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanılarında istifadə olunan testlərin düzgün cavablarını açıqlayıb.

Modern.az saytı xəbər verir ki, iyulun 25-də keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları TQDK-nın saytında yerləşdirilib.

Düzgün cavabları aşağıdakı linklərə keçid alaraq öyrənmək olar:

Azərbaycan bölməsi - II qrup
//eservices.tqdk.gov.az/exam/2015/2_3/a2_2507q.htm
Azərbaycan bölməsi - III qrup
//eservices.tqdk.gov.az/exam/2015/2_3/a3_2507q.htm

Rus bölməsi - II qrup
//eservices.tqdk.gov.az/exam/2015/2_3/r2_2507q.htm
Rus bölməsi - III qrup
//eservices.tqdk.gov.az/exam/2015/2_3/r3_2507q.htm

İyulun 25-də keçirilim qəbul imtahanları respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunub.

İmtahanda abituri­yentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunub. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama