Almaniya Federat Respublikası hökumətinin spikeri iyulun 25-də Bayroyt şəhərində hər il keçirilən festivalda Vaqnerin yeni tamaşaya qoyduğu “Tristan və İzolda” operasının premyerası zamanı kansler Angela Merkelin ürəyinin getməsi ilə bağlı KİV-lərdəki xəbəri təkzib edib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, spikerin sözərəklərinə görə, kanslerin yıxılmasının səbəbi stulun sınması olub.
Bundan əvvəl “Bild” qəzeti xəbər verib ki, AFR-in Nazirlər Kabinetinin rəhbərinin birinci fasilə zamanı ürəyi gedib və stuldan qalxanda asta-asta yeriyib. Nəşrin bildirdiyinə görə, Merkellə bir cərgədə əyləşən bundestaqın prezidenti Norber Lambert və AFR hökumətinin mədəniyyət üzrə səlahiyyətlisi Monika Qryutters ona ilk yardım ediblər.
Ancaq hökumətin spikerinin müavini Qeorq Ştrayter bu xəbəri təkzib edərək söyləyib: “Merkel təkzib edir”. Spiker başqa heç bir aydınlıq gətirməyib. Hadisənin səbəbi stulun qırılması ola bilərdi. Bunu premyeradan sonra mediaya deyiblər. Operanın özü isə Angela Merkelin çox xoşuna gəlib.
Modern.az