Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri növbəti dəfə ölkəni təhdid edən hədəfləri nişan alıb.
Modern.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, budəfəki hücum zamanı təkcə sərhədlərdən kənardakı deyil, həm də ölkəiçi hədəflər vurulub.
Diyarbəkirdəki bazadan qalxan təyyarələrin hava hücumları təxminən 4 saat sürüb.