Modern.az

TQDK imtahan nəticələrini bu gün açıqlayacaq

TQDK imtahan nəticələrini bu gün açıqlayacaq

27 İyul 2015, 11:19


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) nəticələri axşam saatlarında elan edəcək. TQDK-dan Modern.az-a verilən məlumata görə, 25 iyul tarixində II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra abituriyentlər öz imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Aytən ZƏHRA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama