Modern.az

Əsəddən şok ETİRAF: “Gücüm qalmadı”

Əsəddən şok ETİRAF: “Gücüm qalmadı”

Təhsil

27 İyul 2015, 15:42

Suriya prezidenti Bəşər Əsəd ölkəsinin ordusunun təxminən 4,5 ildir davam edən vətəndaş müharibəsini davam etdirəcək gücü qalmadığını ilk dəfə etiraf edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təxminən 1 il sonra ilk dəfə çıxış edən Əsəd Suriya ordusunun əsgər sayının əhəmiyyətli dərəcədə azaldığını, bu səbəbdən silahlı qüvvələri əhəmiyyətli bölgələrin müdafiəsinə yönəldəcəyini bildirib.

Paytaxt Dəməşqdə oda və birja nümayəndələrinə xitab edən Əsəd dövlət televiziyasının canlı yayımladığı çıxışının əhəmiyyətli bir hissəsinin ölkəsində terrora yardım göstərdiyini iddia etdiyi “xarici qüvvələri” tənqid etməyə ayırdı. Əsəd deyib: “Özləri vurduğu zaman terrorizm deyirlər. Biz vuranda isə buna “İnqilab”, “Azadlıq”, “Demokratiya və insan haqları” deyirlər. İndi terror təşkilatını özləri vururlar. Amma terrorizmin toxumunu əkənlər onu necə yox edirlər ki?”

Hizbullaha təşəkkür 

Əsəd Suriya böhranının siyasi həllini tapmaq üçün başlanılan təşəbbüsləri alqışladığını söyləyib, ancaq “Terroru məhv etməyi əsas tandeminə almayan hər hansı bir həll xəyali və mənasız olacaqdır” deyərək ilkin şərtini ortaya qoyub. Əsəd verdikləri dəstəyə görə Rusiya, İran və Hizbullah təşkilatına də təşəkkür edib.

Silah var, əsgər yox  

Bəşər Əsədin çıxışının ən parlaq hissəsi isə Suriya ordusunun mövcud vəziyyətinə dair dəyərləndirməsidir. Uzun müharibə, qaçqınlara və miqrasiyalara görə 2011-ci il öncəsi 300 min əsgərə malik Suriya ordusunun varının əhəmiyyətli dərəcədə azaldığını etiraf edən Əsəd, ordunun müdafiə strategiyasının dəyişmək məcburiyyətində qaldığını açıqlayıb.

Əsəd deyib: “Suriyanın hər santimetri qiymətlidir. Ordumuz qadirdir. Əllərində hər şey var. Ancaq insan mənbəyində çətinlik var. Bəzən, müəyyən hallarda silahlı qüvvələrimizin tutacağı əhəmiyyətli əraziləri müəyyənləşdirmək və digərlərindən əl çəkmək lazımdır. Ancaq bir iflasdan bəhs etmirəm. Müqavimət göstərəcəyik. Silahlı qüvvələrimiz vətənimizi qoruya biləcək gücdədir”. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama