Noyabrda keçiriləcək parlament seçkisinə Yeni Azərbaycan Partiyası (YAP) təkbaşına gedəcək.
Bunu Modern.az saytına YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə qeyd edib ki, YAP ölkənin ən böyük, nüfuzlu siyasi qüvvəsi kimi daim ümummili seşkilərə tək getməyi və seçkilərdə qələbə qazanmahğı hədəfləyib:
“Builki parlament seçkisinə partiya tək gedəcək və yenidən qələbə qazanmaq əzmindədir. Müvafiq hazırlıqlar görülüb və bu il də əvvəlki illərin qələbəsini təkrar etməyimiz real görünür.
Bununla belə, YAP ona müttəfiq partiyaların və demokratik düşüncəli, milli dövlətçiliyə bağlı bitərəf insanların da seçkilərdə qələbəsində maraqlıdır və onlara uğurlar arzulayır. Konkret dəstək məsələsi isə seçkilər dövründə müəyyənləşə bilər”.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bir müddət öncə Modern.az saytına müsahibəsində bildirib ki, bu il parlament seçkisində 125 dairənin hər birindən namizəd irəli sürəcəklər. S.Novruzov dolayısı ilə eştdirmişdi ki, YAP hakimiyyətə loyal münasibətdə olan partiyalara qarşıdakı seçkidə güzəştə getmək niyyətində deyil.
Sevinc YASİNQIZI