Modern.az

Azərbaycanda 18 yaşına çatmayan 47 qız...

Azərbaycanda 18 yaşına çatmayan 47 qız...

28 İyul 2015, 12:20

2011-2014-cü illərdə Azərbaycanda 18 yaşına çatmayan 47 qız məişət zorakılığı (ailə münaqişəsi) nəticəsində baş vermiş cinayətlər üzrə zərər çəkib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 18 yaşına çatmamış qızlara tətbiq edilən zorakılıq halları üzrə rekord nəticə 2011-ci ildə qeydə alınıb. Belə ki, həmin ili 31 qız ailə münaqişəsi zəminində zorakılığa məruz qalıb. 2012-ci ildə 7 qız, 2013-cü ildə 6 qız, 2014-cü ildə isə 3 qız uşağı məişət zorakılğı nəticəsində baş vermiş cinayətlər üzrə zərər çəkib.  

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama