Modern.az

Dövlət hesabına verilən pulsuz dərmanlar necə bölüşdürülür?

Dövlət hesabına verilən pulsuz dərmanlar necə bölüşdürülür?

28 İyul 2015, 12:45



Pulsuz dərman preparatları ilə təmin olunmaq üçün Nazirlər Kabinetinin müvafiq qaydasında göstərilən şəxslər hər rayon üzrə müəyyən olunmuş dövlət müalicə-profilaktika müəssisələrinə müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri (əlillik və ya köçkün statusu haqqında vəsiqəsi, xəstəlik haqqında arayış və s.) təqdim etməlidirlər.

Səhiyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, dərman preparatları təsdiq olunmuş pulsuz dərman reseptləri əsasında buraxılır. Pulsuz dərmanları almaq üçün reseptlər həmin müəssisələrdə ancaq müəyyən edilmiş həkimlər tərəfindən yazılır. Dərman preparatları ilə təmin olunma hər rayon üzrə dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir. Xəstələr reseptləri hər rayon üzrə müəyyən olunmuş apteklərə təqdim edərək, pulsuz dərman preparatlarını əldə edirlər. Hər rayon üzrə apteklərə dərmanlar xəstə sayına görə verilir. Bir pulsuz dərman reseptinə yalnız bir dərman preparatı yazılır. Pulsuz dərmanların xəstələrə çatdırılmasına nəzarət məqsədilə xüsusi kompüter proqramından istifadə olunur. Xəstələrin məlumat bazası daxil olan bu proqramda onlardan hər hanslı birinin dərmanı almasını yoxlamaq mümkündür.

Yeganə OQTAYQIZI

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama