Modern.az

NATO qırıcıları rusların 12 təyyarəsini tutdu

NATO qırıcıları rusların 12 təyyarəsini tutdu

29 İyul 2015, 17:09


NATO-nun hava polisinin qırıcı təyyarələri Latviyanın hava sərhədlərinin yaxınlığında 12 rus təyyarəsini yaxalayıb.

Bu məlumatı Latviya Milli Silahlı Qüvvələri öz Twitter səhifəsindən paylaşıb. 

“Hava polisinin qırıcıları bu gün - iyulun 29-da Baltik dənizi üzərində, Latviya sərhədlərinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 3 təyyarəsini, bir “İL-76”, 4 “MiQ-31” və 4 “Su-24” təyyarəsini yaxalayıb” - deyə məlumatda bildirilir. 

Qeyd olunur ki, Baltikyanı ölkələrdən heç birinin hava məkanı pozulmayıb. Bundan əvvəl isə Latviya Silahlı Qüvvələri Rusiyanın 3 hərbi təyyarəsini yaxalaması barədə informasiya yaymışdı.( Virtualaz.org)

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama