Modern.az

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ: “Builki keçid balları hələ məlum deyil”

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ: “Builki keçid balları hələ məlum deyil”

30 İyul 2015, 10:33


Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin ixtisas seçimi başlayır. Abituriyentlərin qəbul imtahanlarından topladıqları balla ali təhsil müəsissələrinə keçib və ya keçə bilməyəcəkləri ən çox düşündürən və verilən sualdır.

TQDK-dan Modern.az-a verilən məlumata görə, ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.  Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər. Aytən ZƏHRA  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama