Modern.az

Müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batdı - YENİLƏNİB

Müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batdı - YENİLƏNİB

31 İyul 2015, 23:45


Azərbaycanda tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb.

Modern.az saytı bildirir ki, bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib.

Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyində batıb: “Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Qardaşımı tapmaq hələlik mümkün olmayıb”. 

***

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batmış qardaşı Mahir Allahverdiyevin axtarışları davam edir.

Bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub. 

Belə ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir. 

Hazırda xilasedicilər M.Allahverdiyevin axtarışlarını davam etdirir. Onun ailə üzvləri çimərliyə gələrək məlumat gözləyirlər.


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama