Fövqəladə Hallar Nazirliyi (FHN) Xızı meşələrində baş verən yanğın hadisəsi haqda məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, avqustun 1-də Xızı rayonunda dağlıq ərazidə sıx kol-kos və meşə ərazisinin bir hissəsində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Modern.az