Modern.az

"Qarabağ" - "Seltik" matçına bilet satışı bərpa edildi

"Qarabağ" - "Seltik" matçına bilet satışı bərpa edildi

Təhsil

3 Avqust 2015, 11:47



Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Seltik" qarşılaşmasının biletlərinin satışı bu gün bərpa olunub.

Modern.az-ın məlumatına görə, "Qarabağ" FK-nın saytında yerləşdirilən xəbərdə bildirilir ki, klub tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib.

Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edib ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Bildirilir ki, Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.

5 avqust, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionununda keçiriləcək  mat,ın biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1-10 azn arası dəyişir.

13,14,15,16 sektor  - 10 AZN

12 və 17 sektor - 8 AZN

11 və 18 sektor - 6 AZN

10 və 19 sektor - 5 AZN

8,9 və 20,21 Sektor  - 3 AZN

5-7,  22-24 sektor - 2 AZN

1-4 , 25-27 sektor 1 AZN

29 və 38 Sektor 10 AZN

VİP- 50 AZN

Modern.az


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama