Modern.az

Məhkəmədə Arif Yunusun halı pisləşdi

Məhkəmədə Arif Yunusun halı pisləşdi

3 Avqust 2015, 12:08


Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi başlayıb. Məhkəmə zalına yalnız ABŞ, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri buraxılıb. 

Daha sonra içəri keçə bilmiş jurnalistlər də zaldan çıxarılıb.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Arif Yunusun vəziyyəti məhkəmədə qəfildən pisləşib, qan təzyiqi 220-yə yüksəlib.

Məhkəməyə gələn həkimlər ona iynələr vurublar, vəziyyəti yaxşı deyil. 

Bu haqda jurnalistlərə məhkəmə zalından çıxan vəkil Əfqan Məmmədov məlumat verib.

Hazırda həkimlər Arif Yunusa tibbi yardım göstərdiyindən məhkəmədə fasilədir.

Məhkəmənin davam edib-etməyəcəyi bilinmir.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar. 

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.
«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama