Modern.az

Builki imtahanlarda 600-dən yuxarı bal toplayanların sayı

Builki imtahanlarda 600-dən yuxarı bal toplayanların sayı

Təhsil

3 Avqust 2015, 14:28

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üzrə ali məktəblərə keçirdiyi qəbul imtahanlarında iştirak edən abituriyentlərin bal göstəricələri məlum olub.

TQDK-dan Modern.az-a verilən məlumata görə, builki qəbul imtahanlarında 738 nəfər 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin qruplar üzrə bal göstəriciləri belədir:

I qrup üzrə 10798 nəfər 200-dən yuxarı bal toplayıb.1838 nəfər 500-dən yuxarı, 581 nəfər 600-dən yuxarı, 228 nəfər isə 650-dən yuxarı bal toplayıb.

II qrup üzrə 9686 abituriyent 200-dən yuxarı nəticə göstərib. Bunlardan 1472 nəfəri 500-dən yuxarı, 422 nəfəri 600-dən yuxarı, 126 nəfəri isə 650-dən yuxarı bal toplayıb.

III qrup üzrə 10068 nəfər 200-dən yuxarı bal toplayıb ki, bunun da 2181 nəfəri 500-dən yuxarı, 660 nəfəri 600-dən yuxarı, 202 nəfəri isə 650-dən yuxarı bal toplayıb.

IV qrup üzrə 200-dən yuxarı 2646 abituriyent nəticə göstərib. 980 nəfər 500-dən yuxarı, 431 nəfər 600-dən yuxarı, 182 nəfər isə 650-dən çox bal toplayıb.

Qeyd edək ki, bu ilki qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb. I qrup üzrə 7 nəfər, II qrup üzrə 3 nəfər, III qrup üzrə, 3 nəfər, IV qrup üzrə isə 2 nəfər maksimum nəticə göstərib.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama