Avstraliyalı motosiklet pilotu Robi Medisonun youtube şəbəkəsinə yerləşdirdiyi video internet istifadəçilərinin marağına səbəb olub.
Modern.az xəbər verir ki, modifikasiyalamış motosikleti ilə okean dalğalarını yaran sürücü suyun üstü ilə hərəkət etməklə böyük maraq toplayıb.2 gün ərzində 2,5 milyondan artıq baxış qazanmış video Taiti adası sahillərində çəkilib. 34 yaşlı Medison fəndləri yerinə yetirmək üçün 2 il hazırlaşıb.
Modern.az həmin qeyri-adi videonu təqdim edir.