Suriyaya məxsus hərbi təyyarə Türkiyə sərhədlərinə yaxın olan ərazidə yaşayış binasının üzərinə düşüb, nəticədə 35 nəfər həlak olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, hərbi təyyarənin hələ ki hansı səbəbdən qəzaya uğraması müəyyən edilməyib.
Bəzi mənbələr hərbi təyyarənin Suriya müxalifətinin Türkiyəyə yaxın əraziləri bombalayarkən partladığı fərziyyəsini irəli sürür. Hərbi təyyarənin pilotunun sağ qalıb-qalmadığı hələ ki məlum deyil.
Elmin NURİ