Səhiyyə Nazirliyi tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım maşınları verilib. Artıq təcili tibbi yardım maşını məcburi köçkünlərin məskunlaşdıqları Qayıdış qəsəbə xəstəxanasının balansına götürülüb. Bu günə kimi təcili tibbi yardım maşını olmayan qəsəbə sakinləri bu xəbəri razılıqla qarşılayıblar.
Qəsəbə sakinləri bildirilər ki, rayonda təcili tibbi yardım maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, keçmiş sovet istehsalı olub istismar müddətini başa vurması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən artıq olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu.
Artıq yeni təclili tibbi yardım avtomobilinin verilməsi ilə qəsəbədə yaşayan məcburi köçkünlərin bu problemləri də həll olunub.
Ümumilikdə 5 minə yaxın məcburi köçkünün məskunlaşdığı 6, 7, 8, 9, 10, 11 saylı Qayıdış qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Modern.az