Modern.az

İranın dini lideri İsraili məhv etmək planlarını açıqladı

İranın dini lideri İsraili məhv etmək planlarını açıqladı

3 Avqust 2015, 17:26


İranın ali dini lideri Əli Xamneyinin “Fələstin” adlı yeni kitabını nəşr etdirib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, 416 səhifəlik kitabda İsrail dövlətinin mərhələli dağıdılması və yəhudilərin tarixi torpaqlarından qovulması strategiyasını açıqlayıb.

Xamneyi qeyd edib ki, onun planında yəhudilərin qırğını və İsrailə qarşı genişmiqyaslı müharibə öz əksini tapmır. Söhbət ondan gedir ki, münaqişənin aşağı intensivliyi israillilərin böyük əksəriyyətini təhlükəsiz mövcudluqlarını qorumaqdan ötrü Yaxın Şərqi tərk etməyə məcbur edəcək: “Biz İsrailin düşmənləri Livan və Qəzza zolağında birgə hərəkət etmişik. Bu sionistlərin məğlubiyyəti ilə nəticələnib”.

Müəllif qeyd edib ki, onun ideyalarını anti-semitizm adlandırmaq olmaz. Xamneyi hesab edir ki, Yerusəlimin azad olunması üçün Qərb sahilində Livandakı “Hizbullah”a bənzər qruplaşma yaratmaq lazımdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama