Modern.az

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edildi

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edildi

Təhsil

3 Avqust 2015, 21:28


Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.

Nazirlikdən verilən məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edilib.

Nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat

Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Yeni təyinata qədər E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov olub.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama