Modern.az

Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış baş verdi

Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış baş verdi

4 Avqust 2015, 10:14



Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu ərazisindən keçən hissəsində güclü partlayış baş verib. Modern.az saytı xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Partlayışın səsi 20 km-lik məsafədən eşidilib. Partlayışın səbəbinin hələ ki məlum olmadığı bildirilir. Qars valisi Günay Özdəmir hadisə ilə əlaqədar araşdırma aparıldığını bildirib.

Hazırda boru kəmərində qazın nəqli dayandırılıb. Yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama