Şırnakda PKK terrorçularının hərbi avtomobilə təşkil etdiyi hücumda 2 əsgər şəhid olub, bir əsgər və bir kənd meşəbəyisi yaralanıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, əldə edilən məlumata görə, mərkəzə bağlı Araköy kəndi mövqeyində terror təşkilatı PKK-nın yola döşədiyi partlayıcı, hərbi maşının keçişi əsnasında partladılıb.
Hadisənin ardından raket atan və uzun lüləli silahlarla hücum edən terrorçular avtomobildəki iki hərbçini öldürüb, bir əsgər və kənd meşəbəyisini də yaralayıb.
Qaçan terrorçuların tutulması üçün bölgədə hava dəstəkli əməliyyat başladılıb.
Modern.az