“Taliban” təşkilatının ən ali qərar alma orqanı olan “Əfqanıstan İslam Əmrliyi Yüksək Şurası” yeni liderlə bağlı açıqlama yayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir:
“Molla Ömərin ölümünün ardından bir qrup, öz başına və öz mənfəətləri üçün Molla Ahtar Məhəmməd Mənsuru yeni lider olaraq seçdi və bu mövzuda bizim və alimlərin fikrini almadı. Bu seçkinin İslamın prinsiplərinə zidd olduğunu düşünürük. Alimlər, milli şəxsiyyətlər və “Taliban” Yüksək Şurası üzvlərinin qatılacağı bir yığıncaqda” yeni lider seçiləcək”.
Molla Ömərin ən böyük oğulu Molla Yaqub, yeni lider Molla Ahtar Mənsuru təsdiqləmədiyi, yeni liderin seçildiyi yığıncaqdan çıxdığı öyrənilib. Daha geniş bir səs vermə tələb edən Molla Yaqub deyib:
“Mən Molla Ahtar Mənsurun lider olaraq seçilməsinə qarşıyam”. Əfqanıstan hökuməti və “Taliban” arasında başlayan rəsmi barış müzakirələrinin ardından və Molla Ömərin ölümündən sonra “Taliban” fərqli qruplara bölünür. Molla Mənsur, keçmiş lider Molla Ömərə çox yaxın olan, onun çox güvəndiyi bir adam olduğu, illər boyunca “Taliban”ın icra işlərinin məsulu olaraq vəzifə yerinə yetirdiyi deyilir.
ABŞ ilə NATO güclərinin hərbi müdaxiləsindən sonra “Taliban” iqtidarının sona çatmasının ardından təşkilatının idarəçi şura üzvü olaraq təyin olunan Mənsur, son beş ildən bəri Molla Ömərin köməkçisi olub və təşkilatın icra işlərinə baxırdı. BMT-nin iddiasına görə, Mənsur narkotik ticarətində əhəmiyyətli bir rol oynayır.
Modern.az