Modern.az

Rusiyada İŞİD-ə adam toplayanlar bəlli oldu

Rusiyada İŞİD-ə adam toplayanlar bəlli oldu

Təhsil

4 Avqust 2015, 14:03



Rusiyalıları İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına cəlb edən əsas şəxs müəyyənləşdirilib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, xüsusi xidmət orqanları həmin şəxsin 30 yaşlı Çeçenistan vətəndaşı Təkayaq ləqəbli Ahmet olduğunu bildiriblər.

Məlumatda qeyd edilir ki, ona tabe olan iki nəfər artıq Türkiyədə saxlanılıb. Onlar internet vasitəsilə adamları İŞİD-ə cəlb edərək Moskva, Sankt-Peterburq və Şimali Qafqaz sakinlərini Türkiyə vasitəsilə Suriyaya yollayıblar. Onlar yolladıqları şəxslərin sənədlərini də saxtalaşdırıblar ki, Türkiyə-Suriya sərhədini rahat keçə bilsinlər.

Saxlanılan “yollayıcılar” arasında Çeçenistanın Kurçalevski rayon sakini, 23 yaşlı Yaqub İbhrahimov və Mahaçqala sakini, 38 yaşlı, Özbək ləqəbli Abdulla Abdullayev də olub.

Buna baxmayaraq, Təkayaq Ahmet hələ azadlıqdadır. İstintaqın versiyasına görə, məhz o, Moskva Dövlət Universitetinin tələbəsi Vari Karaulovanın İŞİD-ə cəlb edilməsi ilə məşğul olub. Onun tabeçiliyindəki şəxslər qızla görüşərək yaraqlıların yanına göndərilməsini təşkil ediblər.

İndi Türkiyə və Rusiyanın xüsusi xidmət orqanları Təkayaq Ahmeti axtarırlar. Onun əsl adı istintaq marağına görə açıqlanmır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama