Modern.az

Bir ayda 155 ədəd Partlamamış Hərbi Sursat (PHS) zərərsizləşdirilib

Bir ayda 155 ədəd Partlamamış Hərbi Sursat (PHS) zərərsizləşdirilib

Təhsil

4 Avqust 2015, 21:13


ANAMA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu ilin iyul ayı ərzində 4,733,250 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Son bir ayda 155 ədəd Partlamamış Hərbi Sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. 

İndiyədək cəmi 296,137,250 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,032-dir.

Minadan zərərçəkənlərin statistikasına gəlincə, qeyd olunan bir ay ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.

Xatırladaq ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama