Modern.az

Mədəniyyət və Turizm Nazirliyi bu şəxslərin yubileylərini keçirəcək - SİYAHI

Mədəniyyət və Turizm Nazirliyi bu şəxslərin yubileylərini keçirəcək - SİYAHI

5 Avqust 2015, 10:40


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq. 

Modern.az  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci ilin sentyabr ayında xalq artisti Səyavuş Aslanın 80 illiyinə həsr olunan yubiley gecəsi, oktyabr ayında xalq artisti, bəstəkar Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan yubiley tədbiri, xalq artisti, aktyor Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan yubiley tədbiri, xalq artisti Ağakişi Kazımovun 80 illiyinə həsr olunan yubiley tədbiri, noyabr ayında görkəmli səhnə ustası Cahangir Zeynalovun 150 illiyinə həsr olunan yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur. 

Elmin NURİ  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama