Modern.az

Ağdamın icra başçısı Bakıdakı ağdamlıları görüşə çağırıb

Ağdamın icra başçısı Bakıdakı ağdamlıları görüşə çağırıb

5 Avqust 2015, 11:11

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Suraxanı rayonunda görüş keçirəcək. İcra Hakimiyyətindən Modern.az-a daxil olan məlumata görə, icra başçısı Raqub Məmmədov Bakı şəhərində məskunlaşan Agdam rayonundan olan məcburi köçkünləri qəbul edəcək.

Avqust ayının 7-də saat 11:00-da Suraxanı rayon İcra Hakimiyyətinin akt zalında baş tutacaq görüşdə məcburi köçkünlərin qarşılaşdığı problemlər və çətinliklərin birgə həlli yollarına aydınlıq gətiriləcək.

Tədbirdə Bakıda məskunlaşan Ağdam ziyalıları və rayonun digər məsul şəxsləri iştirak edəcək. Daha sonra belə bir görüşün Xəzər rayonunda da keçirlməsi nəzərdə tutulub. Görüşə KİV təmsilçiləri də dəvətlidirlər.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama