Maraqlıdır ki, ADP sədri Sərdar Cəlaloğlu deyir ki, Ümid Partiyası ADP ilə birgə seçkilərə qatılmaq niyyətindədir.
Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında adını çəkmədiyi başqa bir partiyanın da “Qarabağ” seçki blokuna qoşulmaq istədiyini söyləyib.
“Bütün bunlar müzakirə edilib yekunlaşdıqdan sonra seçki blokunun tərkibi haqqında geniş məlum at veriləcək”,-deyə o, əlavə edib.
Sərdar Cəlaloğlu bununla yanaşı, “125-lər”i də ittiham edərək vurğulayıb ki, bu təşkilatın siyasi və ictimai istiqaməti bəlli deyil: “Bu təşkilatın siyasi və ictimai yönü tam müəyyən olunmayıb. Üstəlik qeydiyyatdan da keçməyib. Bu təşkilat əslində bir ideyadır”.
"“125-lər” “Qarabağ” seçki blokunun tərkibində seçkiyə gedə bilərmi” sualına isə ADP lideri belə cavab verib:
“Birincisi, onlar rəsmi qeydiyyatdan keçməyiblər. İkincisi isə konkret olaraq “125-lər”in siyasi xətti də məlum deyil. Bu baxımdan onların “Qarabağ” blokunun tərkibində rəsmi şəkiıdə iştirakı mümkün deyil. “125-lər” bizim blokda müstəqil tərəf kimi iştirak edə bilməzlər. Sadəcə öz namizədlərini “Qarabağ” blokunun tərkibindən irəli sürə bilərlər. Amma onların “Qarabağ” blokunda müstəqil tərəf olmağa hüquqları yoxdur”.
Sərdar Cəlaloğlu onu da deyib ki, əgər söz açdığı partiya da “Qarabağ”a qoşularsa, bu zaman həmin blokun adı dəyişdirilə bilər.
Aqşin Kərimov