Modern.az

Moskvada iki azərbaycanlı narkotik qaçaqmalçısının məhkəməsi olacaq

Moskvada iki azərbaycanlı narkotik qaçaqmalçısının məhkəməsi olacaq

5 Avqust 2015, 14:21


Moskva vilayətinin Vidnovski şəhər prokurorluğu 4,5 kiloqram marixuana qaçaqmalçılığında şübhəli bilinən Azərbaycan vətəndaşları İsrafil Mehdiyev və Zaur Şükürzadənin cinayət işini məhkəməyə göndərib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, həmin şəxslər cinayətkar qruplaşmanın üzvləri kimi MDB üzvü olan ölkələrdən birindən marixuananı qaçaqmal yolu ilə Moskva vilayətinə daşınmasında iştirak ediblər.

2015-ci il fevralın 15-də operativ-axtarış əməliyyatı zamanı polis əməkdaşları Mehdiyevlə Şükürzadəni Moskva vilayətinin Leninski rayonunda yaxalayıblar. Onların avtomobilinə baxış zamanı ümumi çəkisi 4,5 kiloqram marixuana aşkarlanıb.

Cinayət işinə Moskva vilayətinin Vidnovski şəhər məhkəməsində baxılacaq.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama