“Boing-747” təyyarəsi Moskvanın “Domodedovo”hava limanına qəza enişi edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bundan əvvəl təyyarənin ekipajı dispetçerə mühərrikin imtina etməsi haqda xəbər verib. Bu səbəbdən təyyarə hava limanının üzərində dövrə vurmağa başlayıb.
“Transaero” şirkətinə məxsus olan təyyarə Moskvaya Antalyadan uçurmuş. Təyyarədə 519 sərnişin olub.
Modern.az