Modern.az

Türkiyədə daha bir partlayış: 1 nəfər öldü – FOTO

Türkiyədə daha bir partlayış: 1 nəfər öldü – FOTO

6 Avqust 2015, 09:29


Türkiyədə PKK terror təşkilatının törətdiyi təxribatlar davam etməkdədir.  

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu dəfə Şırnak vilayətinin Cizre rayonunda avtomobil yoluna basdırılmış minanın partlaması nəticəsində sivil vətəndaşları aparan avtobus partlayıb.

Hadisə nəticəsində avtobusun sürücüsü həlak olub. Partlayışın baş verdiyi yerdə çuxur yaranıb. 

Bildirilir ki, mina  PKK-nın gənclər təşkilatı YPG-H üzvləri tərəfindən polislərin həmin əraziyə girməsini əngəlləmək ora basdırılıb. 

Qeyd edək ki, Türkiyədə bir neçə gündür PKK güclü təxribatlar törədir. Türkiyə ordusunun bir neçə hərbçisi də terrorun qurbanı olub.

 

Modern.az    


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama