Modern.az

Bakı metrosunda gediş kartları dəyişir - köhnələrin taleyi necə olacaq? - AÇIQLAMA

Bakı metrosunda gediş kartları dəyişir - köhnələrin taleyi necə olacaq? - AÇIQLAMA

6 Avqust 2015, 11:48


Avqustun 8-dən “Bakı Metropoliteni”nin stansiyalarında yeni gediş kartlarının tətbiqinə başlanılacaq. Modern.az xəbər verir ki, bu gün nağdsız ödəniş kartlarının - “Bakıkart”ın təqdimat mərasimi keçirilib.
“Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib ki, 8 avqust tarixindən etibarən həm metroda, həm də “Bakubus” avtobuslarında “Bakı Kart”lardan istifadə etmək mümkün olacaq.
Yeni kartların qiyməti 2 manatdır, gediş haqqı isə 20 qəpikdir.

"Bakıkart"ı bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarında quraşdırılımış yeni terminallardan əldə etmək olar. Həm metrostansiyalarda, həm də avtobus dayanacaqlarındakı terminallarda kartın balansını artırmaq mümkün olacaq.

Bakı metrosunda hazırda istifadə olunan köhnə kartlara gəlincə, C.Əliyev deyib ki, onların vaxtı sentyabrın 30-da başa çatacaq. Həmin tarixdən sonra köhnə kartlardan istifadə etmək mümkün olmayacaq. Sentyabrın 15-dək köhnə kartların balansını artırmaq mümkün olacaq. Köhnə kartın girov dəyərəi (2 manat) və balansındakı məbləğ yeni kart alındıqda avtomatik olaraq, ona köçürüləcək.





Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama