Bu gün Polşada yeni prezident Andjey Dudanın inauqurasiya mərasimi keçiriləcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, mərasim Varşava vaxtı ilə saat 10:00-da Seymdə baş tutacaq. Duda parlamentin hər iki palatasının deputatları qarşısında Polşa prezidenti kimi and içəcək, sonra çıxış edəcək.
Dudanın inauqurasiyasında 600-ə yaxın qonağın iştirakı gözlənilir. Onların arasında Polşanın keçmiş dövlət başçıları, baş nazirləri, nazirlər, parlamentin spikerləri də olacaq. Mərasimdə indiki prezident Bronislav Komorovski də həyat yoldaşı ilə birgə iştirak edəcək.
May ayının 24-də keçirilən prezident seçkilərində müxalif “Hüquq və ədalət” partiyasının lideri Duda indiki dövlət başçısı Komorovskiyə qalib gəlib.
Modern.az