ABŞ-ın özəl kəşfiyyatı əmindir ki, Rusiyada kütləvi iğtişaşların qarşısının alınmasına hazırlıq gedir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı ABŞ-ın özəl kəşfiyyat-analitik şirkəti “Stratfor”un hesabatında ciddi arqumentlər yer alır.
Hesabatda izah edilir ki, Dövlət Duması son zamanlar polisin imkanlarının genişləndirilməsini nəzərdə tutan bir sıra qanunlar qəbul edib. Bununla da mülki vətəndaşlara qarşı silahdan istifadə ilə bağlı daha böyük səlahiyyət verilir.
“Hətta əgər indi situasiya kifayət qədər sakit görünsə də, Kremldə başa düşürlər ki, Rusiyada sosial sabitlik üçün real təhlükə regionlara iri məbləğdə borcların yığılması ilə yaranacaq. Federal hökumətin, sadəcə ölkənin bütün 83 regionunun dəstəklənməsi üçün maliyyə vasitəsi yoxdur. Bunun əvəzinə o, etiraz aksiyalarının qarşısının alınmasına söykənir, bunun üçün isə qanun hüquq orqanlarından alət kimi baxılması vacibdir”, - Hesabatda qeyd edilir.
Amerika özəl kəşfiyyatı əmindir ki, indi regionlardakı hüquq-mühafizə orqanları müxtəlif şəhərlərdə sentyabr ayında keçiriləcək yerli seçkilərə görə müxalifət liderlərinə qarşı mübarizə aparır: “Son bir neçə həftədə bir neçə şəhərdə müxalifət liderləri saxlanılıb. Bundan əlavə, Dövlət Dumasına seçkilər 2016-cı ilə keçirilib ki, bununla da yay tətilindən sonra, yaxud seçkilər zamanı müxalifətin etirazlar təşkil etməsinin qarşısı alınsın”,
Analitiklər əmindirlər ki, iqtisadi vəziyyət yaxşılaşmazsa, Rusiyada kütləvi etirazlar və iğtişaşlar qaçılmazdır.
Modern.az