Türkiyənin Dənizli vilayətində turistləri daşıyan sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, avtobusun sərnişinləri əsasən Rusiya, Qazaxıstan və Ukrayna vətəndaşları olub.
Ölənlərdən 4-ü də turistdir və onlar hadisə yerində keçiniblər. Bundan başqa, yaralılardan 35 nəfəri turist, biri sürücü, digər ikisi isə bələdçidir. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzaya yağışdan sonra yolun sürüşkən olması səbəb kimi göstərilib.
Lakin hüquq-mühafizə orqanları təxribat versiyasını da istisna etmirlər və bu variant araşdırılır.