Modern.az

”QƏBƏLƏ”DƏN NÖVBƏTİ MÖHTƏŞƏM QƏLƏBƏ

”QƏBƏLƏ”DƏN NÖVBƏTİ MÖHTƏŞƏM QƏLƏBƏ

Təhsil

6 Avqust 2015, 22:51


Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Modern.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən biri olan "Qəbələ" klubu öz meydanında Kiprin "Appolon" klubunu qəbul edib.

Gərgin keçən qarşılaşma nəticəsində Azərbaycan klubu 1:0 hesabı ilə qalib gələrək play-off mərhələsinə vəsiqə qazanıb. Oyunda yeganə qolu səfər qarşılaşmasında olduğu kimi Cavid Hüseynov 11 metrlik cərimə zərbəsi ilə vurub.

Qeyd edək ki, komandaların ilk qarşılaşması 1:1 hesabı ilə başa çatmışdı.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama