Modern.az

AzTV-də seçim turları BAŞLADI

AzTV-də seçim turları BAŞLADI

7 Avqust 2015, 11:28


AzTV-də “Səs Azərbaycan” ( “The Voice”) musiqi yarışmasının seçim turları başlayıb. 

Modern.az xəbər verir ki, artıq bu barədə məlumat Azərbaycan Televiziyasının saytında yerləşdirilib.

Səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər.

Bundan başqa, “Səs Azərbaycan” layihəsinə qatılmaq və əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.  

Qeyd edək ki, indiyə qədər “The Voice” dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib.

Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qiran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir. Yeni televiziya mövsümündən başlayaraq, tamaşaçılar AzTV-nin efirində əsrarəngiz səs sahiblərinin aşkara çıxarılması mərhələsini izləyə biləcəklər.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi